Mən küləyəm, sən yağış
Sənlə dolandıq səmanı qarış-qarış
Bahara yayı caladıq, payıza qış
İllər bizə tanış
Mən susuram, sən danış
Bəzən bir sözü əvəz edər bir baxış
Mələk ol, iblisin əleyhinə yarış
Qismətinlə barış
Tufanda mən dənizəm, sən qayıq
Dərd çəkib içsək də qalmışıq ayıq
Fırtına bitənə kimi biz burdayıq
Hələ yaxındayıq
Anlamsız davam edir tamaşa
Dost ola bilərik savaşa-savaşa
Bizi bizdən başqa kimsə düşməz başa
Həyatını yaşa
Yada salaq o çağı
Qəlbin oduyla yandırdıq bu ocağı
Bürüdü saf hisslərin səsi, sorağı
Yaxını , uzağı
Gecələr ay işığı
Sevginlə düşərdik göylərdən aşağı
Sən dünyanın ən böyük dəcəl uşağı
Ömrümün qonağı
Tək sənsən bu günümün sabahı
Keçmiş arzuların ümidi, pənahı
Sən olmasan ürək kimi sevər axı?
Etmə bu günahı
Anlamsız davam edir tamaşa
Dost ola bilərik savaşa-savaşa
Bizi bizdən başqa kimsə düşməz başa
Həyatını yaşa